YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı bildirib.

Dövlətimizin başçısı Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq deyib: “Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik”.

Prezidenti İlham Əliyev bu münasibətlə bolqarıstanlı həmkarına bəri başdan təbrikini çatdırıb.