YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2020-ci il Qələbə ili kimi tarixə düşdü

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın əməkdaşları şəhid  Zeynalov Turqut Fikrət oğlunun ailəsini ziyarət ediblər.  Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ölkəmizə genişmiqyaslı  təxrbatlarına qarşı başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Laçın istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına döyuşub. Turqut Zeynalov Suqovuşan döyüşləri zamanı şəhid olub.

YAP Bərdə rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu: “2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Turqut kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın edildi. Bu gün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. Qəhrəman Turqutun Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir.” Fəqət Şadlinskaya şəhid Turqutun atası, YAP üzvü Fikrət Zeynalova və anasına belə ogul böyütdükləri üçün təşəkkür edib, Turqut kimi əsl Vətən oğulları ilə qürur duyduqlarını bildirib.

Şəhid Turqutun valideynləri Turqut Zeynalovun hərbidəki xidmətlərindən və döyüş yolundan danışıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı mənfur düşməndən azad edərək şəhidlərimizin intiqamını aldığından söhbət açıblar.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turqut Zeynalov ölümündən sonra "Vətən uğrunda"  və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.