YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi beynəlxalq forumda təmsil olunub

19-22 sentyabr tarixlərində Rusiyanın Nijni Novqorod şəhərində “Rusiya və Azərbaycanın II Gənclər Təşəbbüsləri Forumu" keçirilib.

Forumda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Anastasiya Lavrina iştirak edib.

Tədbir Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilib. Məqsəd iki ölkənin fəal gəncləri arasında humanitar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, "Rusiya və Azərbaycanın I Gənclər Təşəbbüsləri Forumu" bu ilin mart ayında Azərbaycanın Qusar şəhərində təşkil olunub.