YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı tariximizlə fəxr etməyə haqqımız var

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Tarix boyu Azərbaycan xalqı qəhrəmanlıq nümunəsi əks etdirib. Xalqımızın qorxmazlığı, mətinliyi, yurduna, elinə sadiqliyi doğma torpaqları uğrunda döyüşlərə səsləyib. Zaman- zaman torpaqlarımız yadelli işğalçıların hücumlarına məruz qalsa da, qəhrəman övladlarımız sinələrini düşmən mərmisinə sipər edərək ləyaqətlə öz vətənlərini qoruyublar. Lakin, təəsüflər olsun ki, tarixin acı sınaqları, düşmənin dayağında duran qüvvələrin köməyi ilə ərazilərimizi itirmişik. Danılmaz faktdır ki, son iki yüz il tarixində ilk dəfə idi ki, biz torpaqlarımızı düşməndən təmizləyir, öz doğma torpaqlarımıza sahib çıxa bilirik. 44 Günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı zəfər dövrü kimi yazıldı. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə igid oğullarımız düşmənin belini qırdı. Tarixi ədalət bərpa oldu. Bu möhtəşəm qələbəni bizə bəxş edən zabit, gizir və əsgərlərimiz hər zaman qəhrəman kimi tarixdə və qəlblərdə yaşayacaqlar. Azərbaycan Silahlı Qüvbələrinin müzəffər Ali Baş Komandanı 27 sentyabr Anım Günü münasibəti ilə Füzuli rayonuna etdiyi səfərdə bu məsələlərə ətraflı şərh verdi. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahiblərini bu torpaqlara yenidən həyatı qaytarırıq.

DİGƏR Xəbərlər Arxiv