YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin artan hərbi gücü müstəqilliyimizin qarantıdır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olması və müstəqil siyasət həyata keçirməsi ilə tanınmır. Vətən müharibəsindəki zəfəri ilə dünyanın daha yaxından tanıdığı Azərbaycanı beynəlxalq aləmə layiqincə təqdim edən başqa bir səbəb respublikamızın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. 

Reallıqdır ki, Vətən müharibəsində Qələbədən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə prosesləri öz maraqlarına uyğun idarə edir və dövlətimizin başçısının dediyi kimi: “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.  

Artıq Vətən müharibəsindəki Zəfərin başlanğıc günüdən 2 il ötür. Bu dövrlər ərzində işğaldan azad edilmiş torpaqlara səfəri zamanı ölkə başçısı hər zaman çıxışlarında sülhün əldə edilməsi yönümündə öz əsaslı mövqeyini ortaya qoymuşdur.

Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Bu kimi müraciətlərin fonunda Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın tarixinə şanlı dövr kimi yazıldı.

Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa quruculuq işləri ilə yaxından tanış olmaq üçün ölkə başçısının o əzəli torpaqlara səfəri mühüm mesajlarla yadda qalır. Məhz 27 sentyabr 2022-ci il tarixdə Vətən müharibəsinin 2-ci ildönümündə - “Anım Günü” ilə əlaqədar olaraq Prezident İlham Əliyevin Fuzuli rayonuna növbəti səfəri oldu. Bu səfərdə həmişəki kimi mühüm mesajları ilə yadda qaldı. Səfər çərçivəsində işğaldan sonra Qarabağda görülən abadlıq-bərpa işləri ilə yerində tanış olan Prezident İlham Əliyev anım günü ilə əlqədar çıxışında bildirdi ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Bu gün Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında abidə ucaldılıb.

Azərbaycan xalqı hər an şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda ediblər. Biz öz şəhidlərimizlə fəxr edirik. Çünki, Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Artıq işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Ona görə ki, milli həmrəyliyimiz Azərbaycan xalqının təbii güc mənbəyidir.

Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Müharibə dövründə əsgər və zabitlərimiz öz canlarını fəda etdilər ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Belə də oldu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə getdi. Dayanmadan, durmadan, usanmadan, hər gün qan tökərək, şəhidlər verərək irəliyə getdi, Zəfərə doğru getdi. Bir gün belə dayanmadı, geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.

Qürurverici haldır ki, bu şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşdü. Biz xoşbəxt nəsilik ki, bu tarixi hadisənin həm şahidləri olduq, həm də iştirakçıları. Bizdən sonra gələn nəsillər isə həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Ona görə ki, biz döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Bundan sonra da Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır və imkan verməyəcəkdir ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər nə zamansa belə bir təhdid sezəriksə dərhal hərəkətə keçəcəyik və  onlara layiqli cavab da verəcəyik. Amma əminik ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

Bu gün Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsini əziz tutur, onları daim ehtiramla yad edir, qazilərimizlə qürur duyur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!