YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan özünün ən şərəfli tarixi dövrünü yaşayır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Qarabağ və Şərqi Zəngəzurda işğalçıların yerlə-yeksan etdiyi yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri aparılır. Eyni zamanda, erməni faşizminin viran qoyduğu tarixi, mədəni, dini irsimiz yüksək səviyyədə bərpa olunur.  Düşməndən təmizlənən torpaqlarımızda  həyat sürətlə inkişaf edir. Azərbaycan hazırda özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə apa­rır. Bununla da cənab İlham Əliyev Prezident seçilərkən vəd etdiyi “Hər bir azərbaycanlının Prezidenti olaca­ğı” sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq təsdiqləndiyi sübut edilir.

Vətən müharibəsinin başlanmasının  ikinci ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrında ilk şəhid  verdiyimiz  yerdə şəhidlərimizin şərəfinə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərək bildirib: “Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib, düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacaq. Şəhidlərimizin əziz xatirəsini yad edərkən hər birimiz  söz verməliyik ki, müstəqilliyimizin keşiyində əbədi duracağıq, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıqki, bir daha düşmən başını qaldırsın bir daha bizim üçün təhdid yaratsın. Əgərbunugörsək, dərhal hərəkətə keçəcəyik. Əminəmki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Bu gün, həqiqətən də, dünya Azərbaycanın iqtisadi gücünə bir daha şahidlik edir. İki il öncə "dəmir yumruq"la işğal altında olan torpaqları azad edən Azərbaycan hazırda həmin ərazilərdə misli görünməyən tikinti-quruculuq işlərini həyata keçirir. Prezidentin söylədiyi kimi, məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz bu torpaqların sahibləri bu yurdlarımıza yenidən həyat qaytarırıq.

Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə tədbirləri işğaldan azad olunmuş bölgələrdə keçirməsi ənənəyə çevrilib. Dövlət başçısı Azərbaycanın qazandığı qələbəni daha böyük şövqlə xalqa çatdırır. Həm daxili, həm xarici siyasət üçün verdiyi anlamlı mesajlar insanlarda məsuliyyət duyğusunu formalaşdırır.