YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiram

Vətən müharibəsi şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xəzər rayonunun Şağan qəsəbəsində inşa olunan bulağın açılış mərasimi keçirilib.

Əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin yaxınları və rayon sakinləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində parlaq Qələbəsi Azərbaycan tarixinin ən şanlı səhifəsini təşkil edir.

YAP Şuşa rayon təşkilatının 15 və 33 nömrəli ərazi partiya təşkilatlarının üzvləri və Şuşa şəhər 3 nömrəli və Şuşa rayon 15 nömrəli tam orta məktəblərinin müəllim kollektivi Vətən müharibəsi şəhidi leytenant Nurlan Həsənovun və sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan XTQ-nin leytenantı Səmədov Elnur Sədaqət oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.