YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə gənclərinin yaratdıqları canlı portret və imza «Ginnesin rekordlar kitabı»na salınması üçün qeydə alınmışdır

Azərbaycanın sürətli inkişaf və tərəqqisində önəmli yeri olan Gəncə bu gün qeyri-adi, böyük bir uğura imza atdı. 10 min gəncəli gənc Azərbaycanın özü qədər əbədi olan, həyatının mənasını yalnız xalqına xidmətdə görən, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyan Heydər Əliyevə sevgilərini ulu öndərin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaratmaqla bəyan etdilər. Meydanı alqış sədaları bürüdü. Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.

Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaqdır.