YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Ağsuda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən igidlərimizdən biri Məlikov Rauf Mahir oğlunun ildönümü mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri rayonun Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Raufun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, onların qayğı və prolemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1988-ci ildə Ağsu şəhərində anadan olan Rauf Məlikov 2020-ci il sentyabrın 28-də Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması” medalları ilə təltif edilib.