YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qürur və ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Gəncədə yerləşən Kəlbəcər rayon Mədəniyyət Sarayında Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş olunub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və qazi Xəyyam Fətəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan bəhs ediblər.

Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, Gəncə şəhərində keçmiş məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbədə və Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.