YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

«Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi uğrunda fədakarlıqla çalışıb». Bu fikirləri Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ulu öndərimiz müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görub. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasəti uzun illər davam edəcək və Azərbaycan dövlətinin tərəqqisinin ən böyük təminatı olacaq.

«Müstəqil Azərbaycan Ulu öndərin ideyaları əsasında inkişaf edir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi respublikamızın hərtərəfli inkişafını təmin edib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə  birinci gəlişi ölkəmizin ən yeni tarixində yeni tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasına və inkişafına yol açdı. Ölkəmizin inkişaf stretigyasının əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ulu öndərin siyasi irsinin öyrənilməsi ən vacib məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan inkişaf yolu  Heydər Əliyevin ideyalarının yaşadığını əyani şəkildə sübut edir. Bu siyasi kurs xalqın rifahının yüksəldilməsinə və Azərbaycan dövlətinin qüdrətlənməsinə xidmət edir»- deyə, E.İbrahimov vurğulayıb.