YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba rayon təşkilatının üzvləri şəhid Yaşar Xudayevin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidlərinin 2-ci ildönümü ilə əlaqədar şəhid Xudayev Yaşar Əli oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova Şəhid ailəsinin üzvlərinə vətənpərvər övlad yetişdirdikləri üçün minnətdarlığını bildirib. Qeyd olunub ki, Şəhid və Qazi ailələrinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib  hissəsidir.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Yaşar Xudayev 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən- 27 sentyabrda Müzəffər Ordumuzun sıralarında, torpaqlarımızın yağı düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Goranboy istiqamətində yerləşən bir neçə kəndin və Murovdağ silsiləsindəki Murov zirvəsinin düşməndən azad olunmasında düşmənə əyilmədən, Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib və 28 sentyabr 2020-ci il tarixdə Quba şəhərində - Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Xudayev Yaşar Əli oğlu ölümündən sonra “Vətən uğrunda” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!