YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhid Mehtizadə Qurban Aydın oğlunun ildönümü qeyd olunub

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun ildönümü qeyd olunub. Bu münasibətilə Göycəli kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhid Qurban Mehtizadənin ailəsi ilə söhbət aparılıb, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Tovuz döyüşləri şəhidi Sadıqov Vüqar Lətif oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.

Qeyd edək ki, Qurban Mehtizadə 2020-ci il sentyabr ayının 28-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv