YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü Lerikdə silsilə tədbirlərlə qeyd olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar Lerik rayonunun Şəhidlər xiyabanında tədbir keçirilib.

Anım tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfər yolundan söz açaraq bildiriblər ki, dövlət başçısının qətiyyətli mövqeyi, siyasi və hərbi iradəsi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi, bir yumruq ətrafında sıx birləşdi.

Daha sonra məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonra şəhid ailələri ziyarət olunub, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.