YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik

“Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi. Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Bu gün dünyada erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki, onlar azərbaycanlıdır.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi tədbirləri görür.

“Ona görə, Azərbaycanın həm İkinci Dünya müharibəsindəki rolu, həm bu gün bizim mövqeyimiz haqqında dünya bilir və bilməlidir. Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər. Bir daha demək istəyirəm ki, tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir.

Bu gün biz əlbəttə ki, azad cəmiyyətdə yaşayırıq. Bazar iqtisadiyyatı, siyasi plüralizm, demokratiya, çoxpartiyalı sistem - bunlar sovet dövründə mümkün deyildi. Ancaq, eyni zamanda, Sovet İttifaqını faşist Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir.”-deyə, Prezident İlham Əliyev qeyd edib.

DİGƏR xəbərlər Arxiv