YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Emin Fərzəliyevin məzarı ziyarət olunub

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Ağcabədi sakini Fərzəliyev Emin Elnur oğlunun məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və təşkilatın əməkdaşları rayondakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə əklib qoyub, tər güllər düzüblər.

Rayon təşkilatının əməkdaşları, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş digər hərbi qulluqçuların da xatirələrini ehtiramla anıblar.