YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən ali zirvədir!

Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri Xəlilov Ceyhun Azər oğlunun 21-ci doğum günü doğulub boya-başa çatdığı Ağsu rayonunun Padarqışlaq kəndində qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Padarqışlaq kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhid Ceyhun Xəlilovun keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ceyhun Xəlilov 2020-ci il sentyabrın 29-da Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.