YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad olunmuş ərazilər

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımıza yaşatdı.

Bəli, 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun qüdrətini və ən əsası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətini, əsl liderlik bacarıqlarını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Eyni zamanda Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirliməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri uğurla davam etdirilir. Düşmən tapdağından azad olunmuş Ağdam rayonunda infrastruktur layihələrinin uğurla icra olunması söylənilənlərə bariz nümunədir.

Artıq təsdiq edilmiş Baş Plana əsasən Ağdamda quruculuq-bərpa işləri surətlə davam etdirilir. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu yaşayış massivində hər kvartalda altımərtəbəli olmaqla 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur. Yaşayış massivində, həmçinin otelin və bir parkın inşa edilməsi layihələndirilir.

44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni tarix yazdı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi və ən əsası tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi.