YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi Azərbaycanın Şanlı Zəfər tarixidir!

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Tarixin bütün dönəmlərində demək olar ki, mühüm sahələr üzrə ölkələrin həyatında ciddi dəyişikliklər yaratmış və tarixi yaddaşlara yazılmış böyük proseslər baş vermişdir. Bu gün biz qalib xalqın xoşbəxt və qalib nümayəndəsi olaraq, ürəkdən sevinirik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin peşəkar rəhbərliyi ilə güclü Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Zəfərin canlı şahidləri olmuşuq. O Zəfər ki, Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, Vətən nisgilinə cəmi 44 günlük Vətən müharibəsində son qoyulmuşdur. Məlum olduğu kimi, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində təxribata əl atan erməni təcavüzkarlarına layiq olduqları cəza dərsini verərək, bayrağımızı Lələtəpə yüksəkliyinə sancmışdır. Vətən müharibəsi başlayan müddətədək Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda çıxış edərkən, Azərbaycanın daim konstruktiv mövqedə olduğunu, ölkəmizin sülh və humanizm prinsiplərinə əsaslandığını həmçinin Ermənistanın tarixi ədalətlə barışıb doğma və əzəli torpaqlarımızdan çıxmalı olduğunu dünya ictimaiyyətinin, eləcə də Ermənistan siyasi rəhbərliyinin diqqətinə çatdıran mesajlar vermişdir. Məsələnin hərbi yolla həlli mümkün deyil, deyən Ermənistan tərəfinin növbəti terror- təxribat aktı 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş vermişdir. Düşmən həmin döyüşlərdə güclü Ordumuzun adekvat cavab tədbirləri nəticəsində xeyli canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilmişdir. Şəhadətə ucalmış qəhrəman oğullarımızın qanı yerdə qalmamışdır. Bütün bu proseslər fonunda bir həqiqətə varmaq olur ki, Ermənistan tərəfi daim vandalizm aktı həyata keçirərək, təcavüzkar siyasət aparmaqla yanaşı, beynəlxalq hüquq normalarının əksinə olan davranışlar sərgiləmişdir. Nəhayət 2020-ci ilin 27 sentyabr tarixində düşmənin uzun illər davam etdirdiyi təcavüzkar və işğalçı siyasətinə, mənfur təxribatına misli görünməmiş zaman kəsiyində-cəmi 44 gündə, Vətən müharibəsi adlandırdığımız haqq savaşında şanlı Zəfərimizlə layiqincə cavab verilmiş, Ermənistan nəticə etibarilə özünün kapitulyasiya aktına – 10 noyabr Bəyanatına məyusluqla imza atmışdır. 27 sentyabr tarixində başlayan Zəfər yolunda-Haqq savaşımızda doğma Qarabağımız və digər ətraf rayonlarımız düşmən işğalından azad olunmuş və 8 noyabr tarixində şanlı bayrağımız Qarabağın başının tacı, Mədəniyyətimizin beşiyi olan Şuşaya -oradakı əzəmətli zirvələrə sancılmışdır. Mənfur düşməni dalana sıxışdıran güclü Azərbaycan Ordusu qələbədən – qələbəyə doğru addımlamışdır.

Partiyamızın Sədri, Ali Baş Komandanımız İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və Ordumuzun rəşadəti hesabına əldə etdiyimiz möhtəşəm Zəfərdəki uğurumuz Azərbaycanın Şanlı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuşdur!

Nə Ermənistan siyasi rəhbərliyi və xalqı, nə də ki, ölkəmizin daxilində və xaricində olan ermənipərəst, satqın radikallar məsələnin hərb yolu ilə həll olunacağını ağıllarına belə gətirmirdilər. 27 il kağız üzərində qalan beynəlxalq hüquq normalarına uyğun olan BMT qətnamələrinin icrasını Azərbaycan öz təşəbbüsü ilə həyata keçirdi. Bir sözlə Azərbaycan Prezidentin rəhbərliyi ilə beynəlxalq hüququ və tarixi ədaləti özü bərpa etdi. Bu gün tarixi ədalətlə barışmayan revanşist meyilli erməni birləşmələrinin təxribatlarına cavab olaraq adekvat tədbirlər görülmüş və bir daha sarsılmaz olan “Dəmir Yumruq” düşmənin belini qırmışdır. Hamı bilməlidir ki, bizim tarixi, əzəli və əbədi torpaqlarımızda  düşmən heç zaman meydan sulaya bilməz. Ona görə ki, Azərbaycanın düzgün və alternativsiz siyasət aparan güclü Lideri və həmin müdrik YAP siyasəti nəticəsində formalaşmış məğrur xalqı və yenilməz Ordusu vardır!