YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiyanın birinci xanımı ölkəsinə göstərilən humanitar yardıma görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirdi

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da sel daşqınlarına məruz qalmış Serbiya və Bosniya-Herseqovinaya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən humanitar yardım yola salınmışdır. Hə iki ölkəyə göndərilmiş humanitar yardıma 12 ədəd müxtəlif həcmli motorlu qayıqlar, 260 ədəd müxtəlif ölçülü çadırlar, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40 generator, 20 ədəd su pompası, xüsusi kimyəvi-bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri material və avadanlıqlar daxildir. 

FHN-nin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycandan göndərilən humanitar yardımı Serbiya Prezidenti Tomislav Nikoliçin xanımı və dövlət rəsmiləri qəbul etmişlər. Ölkənin birinci xanımı keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev və xalqımıza təşəkkürünü bildirmişdir.
Bosniya-Herseqovinada isə humanitar yardımı bu ölkənin Prezident Aparatının rəhbəri və milli təhlükəsizlik naziri qəbul etmiş, dost yardımına görə Azərbaycan xalqına və Prezidenti İlham Əliyevə təşəkkür etmişlər.