YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Ölkəmiz Avropa təsisatları ilə fəal əməkdaşlıq edir

«Ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olub». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, ölkəmiz bu gün Avropa təsisatları ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bu baxımdan Avropa İttifaqı ilə münasibətlər də xüsusi yer tutur.

«Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair vacib sənədlər imzalınb. Bu sənədlər tərəflər arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayır»- deyə, komitə sədri qeyd edib.