YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Proseslərdən yayınma taktikasından kənar durmaq faydalıdır

Məlum olduğu kimi, Ermənistanla bizim xüsusi nümayəndələrimiz görüşürlər. Artıq bəzi addımlar atılmışdır. Bu prosesdə Azərbaycanla eyni mövqedəyik. Bu addımların bəzən Ermənistanda narahatlıq yaratdığını görürük.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 8-də Ankarada işə başlayan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Türkiyənin şəffaf ölkə olduğunu diqqətə çatdıran Mövlud Çavuşoğlu söyləyib: “Bizim hər işimiz açıqdır. Geniş miqyasda Cənubi Qafqazda normallaşma barədə fərdi düşünmək mümkün deyil. Birlikdə addımlar atmalıyıq. Apardığımız danışıqlar ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi naminə hamımızın səy göstərməsi vacibdir. Bu məsələdə Ermənistanın daha qətiyyətli və qərarlı olması lazımdır. Proseslərdən yayınma taktikasından kənar durmaq faydalıdır. Biz bu prosesdə Türkiyə olaraq səmimiyik. Ermənistanın da səmimi olmasını istəyirik. Azərbaycanın da səmimi olduğunu görürük”.