YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İlkin Bayramovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Məcid Oktay oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid İlkin Bayramovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İlkin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən o, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.