YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Biləsuvarda İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Astanlı İqbal İlqar oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, SHXÇDX-nın rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan və şücaətindən bəhs edilib.

Daha sonra şəhid İqbal Astanlının məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid İqbal Astanlı 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.