YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Konyaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-da Konya şəhərinə işgüzar səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, Haber Global” telekanalları, “Sabah”, “Yeni şafak” və digər qəzetlər daxil olmaqla çox sayda media qurumları dövlətimizin başçısına göstərilən ali qonaqpərvərliyə, Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşlərinə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təntənəli açılışı olan V İslam Həmrəyliyi Oyunlarını izləmələrinə və səfər barədə digər mövzulara aid geniş məlumatlar yayıblar.

Xəbərlərdə, həmçinin diqqətə çatdırılır ki, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın peşəkar idmançıları budəfəki yarışlarda da böyük məharətlə çıxış edəcəklər.