YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasəti real nəticələr verir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan dövlətinin nail olduğu uğurlar çoxdur. Bu sırada əsas nailiyyətlərimizdən biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının gətirdiyi siyasi və iqtisadi üstünlüklərdir. Bu strategiyanın uğurla reallaşması nəticəsində dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.

Enerji məsələsi  bu gün dünyada hər bir dövlətin təhlükəsizliyinin əsas məsələsidir. Xüsusən son onillikdə dünyada cərəyan edən, əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasi və iqtisadi proseslər - yeni müharibə ocaqlarının yaranması, enerji daşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması təsdiq etdi ki, hər bir dövlət üçün enerji təhlükəsizliyi olduqca aktualdır. Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.

Azərbaycan neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri daim dəstəkləyib, xüsusən Avropanın enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə respublikamız dünya birliyində öz yerini möhkəmləndirib.

Azərbaycan ilə Avropa İttifaqına daxil olan ölkələr arasında enerji  sahələri üzrə sıx əlaqə mövcuddur. Bir sözlə, Azərbaycanın apardığı daxili və xarici siyasət real nəticələr verir.