YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının təsis olunmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis olunmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra tədbir YAP Laçın rayon təşkilatının qərargahında partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, YAP xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alıb, dövlətimizi bəlalardan xilas edib və Azərbaycanı tərəqqi yoluna çıxarıb.

O, YAP Laçın rayon təşkilatının fəaliyyətindən, qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirir. Onun qətiyyətli, uzaqgörən siyasəti, rəşadətli ordumuzun nümunəvi qəhrəmanlığı sayəsində ərazilərimiz işğaldan azad edilib.

Daha sonra çıxış edənlər partiyamızın keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.

Sonda YAP-a yeni üzv olan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.