YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşündə iştirak edəcək

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nümayəndə heyətinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, deputatlardan Elnur Allahverdiyev, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri iyulun 21-də İstanbulda keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşünə qatılacaq, tədbirdə müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər iyulun 22-də başa çatacaq.