YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerik rayonunda şəhidin xatirəsinə inşa olunan bulağın açılışı olub

Lerik rayonunun Laman kəndində Vətən müharibəsi şəhidi Dənziyev Orxan Mübariz oğlunun doğum günündə xatirəsinə inşa olunan bulağın açılışı olub.

Açılışda Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni

Azərbaycan Partiyası Lerik rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin xatirəsinə inşa olunan bulağın açılışı olub. Çıxış edənlər şəhidin şərəfli həyat yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident

Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Orxan Dənziyev 18 iyul 2002-ci ildə Lerik rayonunun Laman kəndində anadan olub.

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Orxan Dənziyev gənc

əsgər olmasına baxmayaraq,  fəal iştirak edib, qəhrəmanlıq nümayiş etdirib. 15 oktyabr 2020-ci ildə

Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən

uğrunda" medalı ilə təltif edilib.