YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın Essex Universitetində ilk Avropa Oyunlarının tanıtımı olub

Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib.
Universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşürlər, jurnallar və s. nümayiş etdirilib.
Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə ilk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər.
Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.