YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin növbəti iclası keçirilib

İyulun 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti iclası keçirilib.

İclasda Gənclər Birliyinin 2022-ci ilin ötən 6 ayı ərzindəki fəaliyyəti və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirəyə çıxarılıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Birliyin fəaliyyətinin ötən dövr ərzində çoxşaxəli olduğunu deyib. Bildirib ki, gənclərin rəqəmsal quruculuq sahəsindəki bacarıqlarının inkişaf etdirilərək onların innovasiya ekosistemində iştirakçılığının artırılması, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və yenilikçi yanaşmanın formalaşması istiqamətində vacib tədbirlər həyata keçirilib. Eyni zamanda gənclərlə sistemli əlaqələrin qurulması, şəbəkələşmə fəaliyyətinin genişləndirilməsi, yerli təşkilatlarda müxtəlif səpkili görüşlərin keçirilməsi Birliyin əsas fəaliyyət istiqamətlərindən olub. Bununla yanaşı ötən dövrdə Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilib.

İclasda YAP Gənclər Birliyinin üzvləri 2022-ci ilin növbəti 6 ayı ərzində həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar, müvafiq qərarlar qəbul ediblər.