YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ruslan Kazımovun xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Kazımov Ruslan Mustafa oğlunun şəhadətə ucalmasının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri rayonun Kolxəlfəli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhid Ruslan Kazımovun ailə üzvlərini də ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüzünlə başsağlığı veriblər.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.