YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2022-ci il 25 iyun tarixli Sərəncamına əsasən təltif olunan bir qrup hərbi qulluqçuya müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ali hərbi rütbələr təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 28-də hərbi qulluqçuları qəbul edən müdafiə naziri Ali Baş Komandanın göstərişinə əsasən ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən və Orduda aparılan genişmiqyaslı islahatlardan danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq, hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməlidir.

Təltif olunan hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək onlara göstərilən etimadı doğruldacaqlarına, həmçinin Vətənə, xalqa və Ali Baş Komandana hər zaman sədaqətli olacaqlarına dair söz veriblər.

Müdafiə naziri təltif olunan hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.