YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Cəmiyyətdə Hərbi Vətənpərvərlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıb, gənclərin vətənpərvər böyümələrindən bəhs edib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli Liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi.

Qeyd olunub ki, 2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlanıldı. Xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaşdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin orduya göstərdiyi hərtərəfli qayğı və yeni müasir silahların alınması kimi irimiqyaslı işlər nəticəsində silahlı qüvvələrdə olan problemlər birdəfəlik həll edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi uğurlu siyasi-iqtisadi və hərbi-diplomatik strategiyası öz nəticəsini verdi. 2020-ci ilin sentyabrın 27-də əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra tarixi Zəfərlə başa çatdı.

Sonra 44 günlük Vətən müharibəsi dövründə xüsusi fəallıqları ilə fərqlənən idarə, müəssisə əməkdaşları, gənclər, o cümlədən qazilər fəxri fərmanlarla təltif olunub.

Sonda Əbədiyaşar Liderin mənalı ömür yoluna həsr olunmuş fotolarından ibarət Heydər Əliyev Mərkəzinin salonları ziyarət edilib.