YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi partiya nümayəndələri, tanınmış politoloqlar və siyasi şərhçilər Həkəri çayına balıq buraxılması ilə tanış olublar

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşır.

Səfər iştirakçıları Zəngilanda Həkəri çayına balıq buraxılmasında iştirak ediblər. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev səfər iştirakçılarına Həkəri çayı və bu ərazilərin flora və faunası haqqında məlumat verib. Buraxılan balıq növləri barədə səfər iştirakçılarını məlumatlandırıb. O, Həkəri çayına 3 min balığın buraxıldığı bildirib.