YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Rusiya ilə Azərbaycanı çoxəsrlik tellər bağlayır

Rusiya və Azərbaycanı çoxəsrlik tellər bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Azərbaycanın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında söyləyib.

Hökumətlərarası Komissiyasının fəaliyyətindən danışan rusiyalı nazir bildirib ki, müharibədən sonra sərhədlərin delimitasiyası ilə bağlı işlər gedir.

“Bizim müntəzəm əlaqələrimiz davam edir. Biz iki həftə sonra Peterburqda yenidən görüşəcək və bu məsələlərlə bağlı müzakirələr aparacağıq”, - deyə Sergey Lavrov vurğulayıb.