YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: QDTİB-i Qarabağda və Şərqi Zəngəzurda biznes layihələrinə dəstək göstərməyə dəvət edirik

İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yaxından iştirakını zəruri hesab edirik.

Bu barədə iyunun 24-də Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda maliyyə naziri Samir Şərifov deyib.

“Bankın kapital-resurs ehtiyatlarının digər beynəlxalq maliyyə qurumları ilə müqayisədə nisbətən aşağı olmasını, habelə daha çox özəl sektorun maliyyələşdirilməsi sahəsində ixtisaslaşmasını nəzərə alaraq QDTİB-i Qarabağda və Şərqi Zəngəzurda bir sıra fəaliyyətlərlə məşğul olacaq yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması, bu imkanlardan səmərəli istifadə təkcə Azərbaycana yox, bütün region ölkələrinə böyük fayda gətirəcək, regional inkişafa ciddi təkan verəcək”, - deyə S.Şərifov diqqətə çatdırıb.