YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Hikmət İbrahimovun doğum günü qeyd olunub

Ucar rayonunda Vətən müharibəsi şəhidi İbrahimov Hikmət Zaur oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, şəhid valideynləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, partiya fəalları, ictimaiyyət nümayəndələri rayonun Qarabörk kəndindəki qəbiristanlıqda şəhidin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları, həmçinin Hikmət İbrahimovla eyni qəbiristanlıqda uyuyan Birinci Qarabağ müharibəsi şəhidləri - Abdullayev Maarif Nəzər oğlunun və Əhmədov Arif Güloğlan oğlunun məzarlarını da ziyarət edib, xatirələrini ehtiramla yad ediblər.

Mərasim Hikmət İbrahimovun orta təhsil aldığı Qarabörk kənd tam orta məktəbdə davam edib.

Tədbirdə çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan danışıblar.  Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Xatırladaq ki, şəhid Hikmət İbrahimov 2001-ci il iyunun 23-də Ucar rayonunun Qarabörk kəndində anadan olub. O, 2020-ci il oktyabrın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.