YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub

Ağdaşda ulu öndər Heydər Əliyevin prezident səlahiyyətlərini icra etməyə başlamasının ildönümü münasibətilə tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və təşkilat nümayəndələri partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Tarixi şəxsiyyət Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu.

Vurğulanıb ki, müasir müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində Heydər Əliyevin siyasi kursu dayanır. Ulu Öndərin siyasi kursunu zamanın tələbləri çərçivəsində həyata keçirən Prezident İlham Əliyev isə Azərbaycanın gələcək tərəqqisi naminə yorulmadan çalışır, xalqımızın firavanlıq, təhlükəsizlik şəraitində yaşayışını təmin edir.