YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Birinci Qarabağ müharibəsi şəhidi Elşad Salahovun xatirəsi anılıb

Bərdə rayonunun Zümürxan kəndində Birinci Qarabağ müharibəsi şəhidi Elşad Salahovun ailəsi ziyarət olunub.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov şəhidin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıb.

Kəlbəcər RİH başçısı Azər Qocayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov vurğulayıb ki, Prezident İlham Əliyevin idarəçilik konsepsiyasında da sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət prioritet istiqamət təşkil edir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.