YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

Göygöl rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, RİH başçısının müavini Kəmalə İbrahimova Dövlət qulluqçularının peşə bayramının təsis olunma tarixindən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından və mahiyyətindən danışıblar.

Həmçinin partiyanın dövlət quruculuğu sahəsindəki əvəzsiz rolundan bəhs edilib.  Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət qulluqçularına fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv