YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan-Özbəkistan münasibətləri yeni inkşaf mərhələsinə qədəm qoydu

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin Özbəkistan səfəri iki ölkə arasındakı dostluq və həmrəylik münasibətlərinin dünyaya nümayişi olmaqla yanaşı ikitərəfli əlaqələrin daha da inkişafı baxımından mühüm rol oynayacaq. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderinin uzaqgörən siyasəti nəticəsində artan templə inkşaf etməkdədir.  Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələr üzrə saziş və sənədlərin imzalanması, ölkələrimiz arasındakı münasibətlərin gələcək inkşafına mühüm töhvə vermiş oldu. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  səfər zamanı ən mühüm və tarixi hadisələrdən biri də Daşkənddə Xalqımızın Ümumilli Lideri, Ulu Öndəri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasiminin keçirilməsi oldu. Ümumilli Liderimiz Heydər Əliyev hər zaman Özbək xalqına böyük sevgi ilə yanaşmışdır. Məhz 1970-ci ildə  Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidoviç Rəşidov arasında yaranmış dostluq münasibətləri, iki ölkə arasındakı münasibətlərin bugünkü inkşafının əsası olmuşdur. Eyni zamanda Daşkəndin mərkəzində xalqımızın böyük oğlu, Dühası Heydər Əliyevin xatirəsinə meydanın yaradılması Ümumilli Liderimizə olan böyük hörmətin göstəricisidir:

“Özbəkistanda geniş tərkibli görüş zamanı çıxış edən ölkə başçısı cənab İlham Əliyev Azərbaycan xalqının ən çətin günlərində özbək xalqının dostluq dəstəyini hiss etdiyini diqqətə çatdıraraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda, Azərbaycan prezidenti Füzulidə Özbəkistan hökuməti tərəfindən  hədiyyə olaraq məktəbin inşa olunacağını bildirdi.”

Səfər zamanı imzalanmış və mühüm əhəmiyyət kəsb edən sənədlərdən biri də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” oldu – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək fəaliyyətinin yol xəritəsi olan bu Bəyannamə iki ölkə arasındakı münasibətlərin yeni inkşaf mərhələsinə qədəm qoymasının göstəricisidir:

“Bu gün dünyada hökm sürən qeyri sabit vəziyyətə baxmayaraq Azərbaycan dünya ölkələri ilə münasibətləri daha da inkşaf etdirir, beynəlxalq miqyaslı layihələr icra edir. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik uzaqgörən siyasətin nəticəsidir”