YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatında “Narkomaniya: Yuxuya hərislikdən ölümə” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə əsrin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə çərçivəsində “Narkomaniya: Yuxuya hərislikdən ölümə” adlı tədbir keçirilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, İmişli rayon prokuroru Valeh Səmədov, DTX-nin İmişli rayon şöbəsinin rəisi Namiq Ağayev, İmişli rayon polis şöbəsinin rəis müavini Akif Nəsirov, idarə, müəssisə rəhbərləri, məktəb direktorları və partiya fəalları iştirak ediblər.

Əvvəlcə “Narkomaniya: Yuxuya hərislikdən ölümə” adlı videoçarx nümayiş olunub.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev narkomaniyanın acı fəsadlarından bəhs edərək bildirib ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Natiq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzaladıqları fərman və sərəncamların əhəmiyyətindən danışıb.

İmişli rayon prokuroru Valeh Səmədov, İmişli Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəsirov və digərləri narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin üzərinə düşür. Polis əməkdaşları da, eyni zamanda, maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün səylərini davam etdirirlər.