YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.