YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı ekspert: Avropa Parlamentinin "erməni soyqırımı"na dair qətnaməsi ikili standartların təzahürüdür

“Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni ikili standartların təzahürü hesab edirəm”. Bu barədə Trend-ə “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt deyib.

M.Dornfelt məsələ ilə bağlı Avropa Parlamentinin Almaniyadan olan üzvlərinə də iradlarını çatdırdığını bildirib:

“Hesab edirəm ki, əgər Avropa parlamentariləri bu mövzunu müzakirə edirlərsə, onda gərək onlar ermənilərin 1914-1920-ci illərdə Şərqi Anadoluda və Qafqazda müsəlman əhalisinə qarşı törətdikləri qırğınları da pisləsinlər”.

M.Dornfelt qeyd edib ki, o, bu mövzuda yeni araşdırma layihəsinə başlayır və Almaniyanın müxtəlif arxivlərindən də istifadə etmək niyyətindədir.