YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

I Avropa Oyunları zamanı radiotezliklərin qorunması üçün yeni stansiyalardan istifadə olunacaq

“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir. Bununla bağlı nazirliyin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb. Avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq.
Nazirlikdən bildirilib ki, yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına görə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE & SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.