YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Süleyman Qasımov: Dünyada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrə böyük diqqət var

Dünyada neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu bir şəkildə Avro fond yaradılıb. Bunu ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov deyib.

S.Qasımov bildirib ki, Azərbaycanda Avro fondun yaradılması prosesi mart ayında başa çatıb. Onun sözlərinə görə, dünyada ARDNŞ-in həyata keçirdiyi layihələrə böyük diqqət var.

«Dünyada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrə böyük diqqət var. Avrofondun yaradılmasının özü də şirkətə kənardan verilən diqqətin göstəricisidir. Neftin dünya bazarında qiymətinin düşməsi fonunda ölkəmizə qarşı belə bir diqqətin yönəldilməsi uğurdur»- deyə, S.Qasımov vurğulayıb.