YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin əməkdaşlığının inkişafına qanunverici orqanlar arasında əlaqələr böyük töhfə verir

Azərbaycanın və Çinin qanunverici orqanları arasında əlaqələr ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığına böyük töhfə verir.
Bu fikirlər Azərbaycan Milli Məclisi nümayəndə heyətinin Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini Ma Biao ilə görüşündə səslənib.
Nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Əliağa Hüseynov və Xanlar Fətiyev daxildir.
Tərəflər Azərbaycan ilə Çinin yaxın dost olduqlarını vurğulayaraq, hazırda dövlət başçıları İlham Əliyev və Si Cinpinin əlaqələrimizin inkişafına verdikləri diqqətin əməkdaşlığımızda yeni imkanlar açdığını qeyd ediblər. Ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı ÇXR Sədri Si Cinpin ilə keçirdiyi görüşdə bir daha vurğulanıb ki, hələ qədim İpək Yolu dövründə yaranmış əlaqələrin müasir dövrdə daha da genişləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur.
Görüşdə Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və müstəqillik illərində ölkəmizə göstərdiyi kömək yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan öz növbəsində “Vahid Çin” siyasətini dəstəkləyir, bu ölkənin daxili işlərinə hər hansı müdaxiləni yolverilməz hesab edir.
Tərəflər iki ölkə arasındakı tarixi əlaqələrin inkişafında qədim İpək Yolunun xüsusi rolunu vurğulayıblar. ÇXR Sədri Si Cinpinin qədim İpək Yolu iqtisadi dəhlizi təşəbbüsünün ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyi bildirilib, bu layihənin təkcə regionun deyil, həmçinin dünya iqtisadiyyatının inkişafına böyük təkan verəcəyinə əminlik ifadə olunub.
Görüşdə iki ölkənin qanunverici orqanları və hakim partiyaları arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edilib, bu cür təmasların ölkələrimizin əməkdaşlığına böyük töhfələr verdiyi vurğulanıb. Tərəflər dost ölkələr olan Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li, Şanxay şəhər rəhbərliyi ilə də görüşləri keçirilib. Nümayəndə heyəti, həmçinin alternativ və bərpa olunan enerji sahəsində tanınmış Hanergy şirkətində olub, onun müəssisələrində istehsal edilən məhsulların sərgisinə baxıb.