YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, əhalinin sosial-iqtisadi rifahının təmin edilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində sanballı uğurlara nail olub.

Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən sevinir və qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək diqqət ayırırlar.

Bununla əlaqədar Sizin Azərbaycana dəvətinizi məmnuniyyətlə qəbul edirəm.

Əminəm ki, qarşıdakı danışıqların yekunları ikitərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını tam həcmdə üzə çıxarmağa və Qazaxıstan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti