YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Rusiya Prezidentinin təbrikində ölkəmizin sosial-iqtisadi inkişafda qazandığı uğurların hamı tərəfindən qəbul edildiyi, Azərbaycanın dünya arenasında haqlı nüfuz qazandığı, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynadığı vurğulanır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin məmnunluqla qeyd edildiyi məktubda deyilir: “Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.